Rektor daha 4 fakültənin birincilərini qəbul etdi

31/10/2011

Bu gün rektor, akademik Abel Məhərrəmov Coğrafiya, Tarix, Geologiya və Kitabxanaçılıq-informasiya fakültəsinə qəbul olan birinci kurs tələbələr ilə görüş keçirib. Tədbirdə Tədrisin təşkili və təlimi texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva, Elm və innovasiyalar  üzrə prorektor Aydın Kazımzadə və müvafiq fakültələrin dekanları iştirak edib. Rektor Abel Məhərrəmov birinciləri tələbə adı qazanmaları münasibətilə təbrik edib. Onlara universitetin tarixi, inkişaf yolu barədə məlumat verib. Ümummilli lider Heydər Əliyevin məzunu olduğu universitetdə oxumağın böyük şərəf, həm də məsuliyyət olduğunu söyləyən akademik A.Məhərrəmov onları ixtisaslarını dərindən mənimsəməyə, xarici dil, informatika biliklərini artırmağa səsləyib.

Mətbuat və informasiya şöbəsi, 31 oktyabr 2011-ci il.


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!