Rektor Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər, Hüquq, Filologiya fakültələrində imtahan prosesini izləyib

07/01/2011

Xəbər verdiyimiz kimi, rektor, akademik Abel Məhərrəmovun imzaladığı əmrə əsasən, dünəndən universitetinin əyani şöbəsində qış imtahan sessiyası başlayıb. Yanvarın 31-də başa çatacaq imtahanlar 3 növbəli olacaq və bütün fakültələr üzrə elektron və alternativ test, o cümlədən monitorinq üsulu ilə həyata keçiriləcək.
Qeyd edək ki, hər gün saat 9.00-da imtahanlara nəzarət edəcək müəllimlərin bölgüsü keçirilir və bölgü başa çatdıqdan sonra rektor, akademik Abel Məhərrəmov  imtahan keçirilən auditoriyalarda olur. Dünən Fizika və Biologiya fakültəsinin  tələbələrinin imtahan prosesini izləyən rektor, bu gün Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər, Hüquq və Filologiya fakültələrində olub. Cinayət hüququ, Beynəlxalq hüquq, Dünya iqtisadiyyatı, Rus dili və ədəbiyyatı fənlərindən imtahan verən I, III və IV kurs tələbələri ilə söhbət söhbət edib, sualların keçirilmiş mühazirə mətnlərinə uyğun olub-olmaması ilə maraqlanıb.
Rektor yazılı (monitorinq) və test üsulu ilə imtahan verən tələbələrə uğurlar arzulayıb, onları biliklərinin obyektiv qiymətləndiriləcəyinə əmin edib.
Qeyd edək ki, universitetin hər korpusunda şikayət, təklif və iradlar üçün qutular qoyulub, «Qaynar xətt» yaradılıb.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 07 yanvar 2011-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!