Rektor BDU-nun IV İslam Həmrəyliyi Oyunlarının könüllü tələbələri ilə görüşüb

23/05/2017

Bu gün Bakı Dövlət Universitetində IV İslam Həmrəyliyi Oyunlarında könüllü kimi iştirak edən tələbələrilə görüş keçirilib.

Rektor Abel Məhərrəmov könüllülərin fəaliyyətini xüsusi qeyd edərək onlara təşəkkürünü bildirib. Azərbaycan milli komandasının ümumi hesabda birinci yeri qazanaraq növbəti tarixi qələbəyə imza atdğını deyən rektor prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində son illər ölkəmizdə ilk Avropa Oyunları, Dünya Şahmat Olimpiadası, “Formula 1” və  IV İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq yarışların böyük uğurla keçirildiyini, bu yarışların yüksək səviyyəli təşkili ilə respublikamızın dünya miqyasında müasir və tolerant bir ölkə kimi tanıdılması  istiqamətində  böyük addımların atıldığını qeyd edib. Birinci vitse-prezident, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın  rəhbərliyi altında təşkil olunan  “Bakı-2017” İslamiadanın tarixə ən möhtəşəm idman bayramı kimi daxil olduğunu diqqətə çatdırıb.

Oyunların yüksək səviyyədə keçirilməsində könüllülərin, o cümlədən BDU tələbələrinin xüsusi xidmətlərini qeyd edən rektor, onların  beynəlxalq səviyyəli tədbirlərdə  iştirak etməklə təcrübə qazandıqlarını söyləyib. Birinci vitse-prezident Mehriban Əliyevanın bağlanış mərasimində oyunların uğurlu olmasında böyük rol oynadıqları üçün könüllülərə təşəkkür etdiyini xatırladıb.

Bu gündən etibarən könüllülər üçün başlayan sessiya imtahanlarından danışan rektor imtahanların universitetdə bir qayda olaraq yazılı keçirildiyini, lakin könüllülər üçün şifahi qaydada olacağını diqqətə çatdırıb, yaxın gələcəkdə ölkəmizdə keçiriləcək digər beynəlxalq yarışlarda da eyni əzmlə iştirak edəcəklərinə əminliyini ifadə edib.

Mətbuat və informasiya şöbəsi, 23 may 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!