Rektor Abel Məhərrəmov yubilyarları təbrik edib

28/02/2014

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov uzun illərdir ki, BDU-da çalışan bir qrup ziyalını yubileyləri münasibətilə təbrik edib. Rektor həmin ziyalıların Azərbaycan elminin və təhsilinin inkişafında, yüksək ixtisaslı mütəxəssislərinin hazırlanmasında, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasındakı xidmətlərini xüsusi qeyd edib. “Funksiyalar nəzəriyyəsi və funksional analiz” kafedrasının müdiri, professor Əli Əhmədov, Hesablama riyaziyyatı kafedrasının müdiri, professor Mehdiyeva Qalina Yuryevna, “Fəlsəfə” kafedrasının professoru Əziz Məmmədov və “Nəzəri mexanika bütöv mühit mexanikası” kafedrasının müdiri, professor Rəfail Əmənzadəni 70, “Türk xalqları ədəbiyyatı” kafedrasının müdiri, professor Ramiz Əsgəri 60, “Botanika” kafedrasının professoru Ağavəli İbrahimov, “Bioekologiya” kafedrasının dosenti Svetlana Cəfərova və “Coğrafi ekologiya” kafedrasının professoru Telman Xəlilovu 75, “Funksiyalar nəzəriyyəsi və funksional analiz” kafedrasının professoru Sabir Mirzəyevi 65, “Fiziki coğrafiya” kafedrasının baş müəllimi Tamilla Şəmilzadəni 80, Coğrafiya fakültəsinin dekan müavini Şəkər Məmmədovanı və BDU-nun aparıcı mühəndisi Müstəqim Məmmədovu 50 illik yubileyləri münasibətilə təbrik edib. Yubilyarlar fəxri fərmanla təltif edilib və onlara təşəkkür elan olunub.

Mətbuat və informasiya şöbəsi, 28 fevral 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!