Rektor 7 fakültənin tələbələrini qəbul edib

23/05/2014

Bu gün rektor, akademik Abel Məhərrəmov daha 7 fakültənin Yekun Dövlət Attestasiyasına buraxılan tələbələrini qəbul edib. Fizika, Jurnalistika, Kimya, Kitabxanaçılıq, Ekologiya, İlahiyyat və Geologiya fakültələrinin tələbələri ilə yanaşı dekan və kafedra müdirləri də görüşə qatılıb.

Yekun Dövlət Attestasiyası ilə bağlı məlumat verən rektor, eyni zamanda tələbələrin problemləri ilə maraqlanıb, onların suallarını cavablandırıb və müəyyən tapşırıqlarını verib. Abel Məhərrəmov tələbələrə imtahana ciddi hazırlaşmalarını tövsiyə edib, imtahanlara bilavasitə özü nəzarəti edəcəyini xatırladıb.

Eyni zamanda fakültə dekanları və kafedra müdirlərinə tələbələrlə vaxtaşırı görüşmək, onların icmal mühazirələrdə fəal iştiraklarını təmin etmək üçün lazımi göstərişlərini verib.

Mətbuat və informasiya şöbəsi, 23 may 2014-cü il.


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!