Ərəb filologiyası kafedrasının müdiri Böyük Britaniyada konfransda çıxış edib

27/02/2017

Ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev “Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondu”nun sədri, Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor  Nərgiz Paşayevanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin tərkibində Böyük Britaniyada keçirilən konfransda iştirak edib. Akademik Vasim Məmmədəliyev Londonda Oksford Univesitetinin “Nizami Gəncəvi mərkəzi”ndə Azərbaycanın və Qafqazın öyrənilməsi sahəsində aparılan son tədqiqatların təqdimat mərasimində Nizami Gəncəvi yaradıcılığı barədə çıxış edib.

Tədbirdə “Nizami Gəncəvi fondu”nun Böyük Britaniya tərəfdən rəhbəri, şərqşünas Robert Xoyland, Oksford univesiteti Şərqşünaslıq fakültəsinin professoru Edmunq Hensonq, Sithard Saksena, lord Malkolm Brus və digərləri çıxış ediblər. Qeyd edək ki, adıçəkilən konfransda AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Azərbaycan tarixi muzeyinin direktoru, akademik Nail Vəlixanlı, yazıçı Anar və digər ziyalılar iştirak edib.

Mətbuat və informasiya şöbəsi, 27 fevral 2017-ci il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!