İran filologiyası kafedrasının müdiri Hindistanda beynəlxalq konfransda iştirak edib

08/06/2017

Şərqşünaslıq fakültəsinin  İran filologiyası kafedrasının müdiri, professor Mehdi Kazımov Hindistanın paytaxtı Dehli şəhərində Camee Eslami Universitetinin təşkilatçılığı ilə keçirilən “Hindistanda və Orta Asiyada sufizm” adlı beynəlxalq konfransda iştirak edib. O, beynəlxalq konfransın “Orta Asiya və Qafqazda sufi ənənələri” bölməsində “XI-XIII əsrlər fars dilli sufi nəsrinin üslubu” mövzusunda ingilis dilində məruzə ilə çıxış edib. Auditoriya tərəfindən böyük maraqla qarşılanan məruzə konfrans materiallarının xüsusi bölməsində çap edilib.

Mətbuat və informasiya şöbəsi, 08 iyun 2017-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!