Ramil Usubov BDU-nun hüquq fakültəsinin tələbə hazırlığından razılıq edib

02/10/2013

Daxili işlər naziri Ramil Usubov Dövlət Televiziyasına müsahibəsində BDU-nun hüquq fakültəsinin tələbə hazırlığından razılıq edib: «Artıq 10 ildir ki, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində Yekun Buraxılış Komissiyasının sədriyəm. Hər il bu fakültəni 450-600 arası tələbə bitirir. Onlardan 100-150 nəfəri yüksək səviyyəli, hazırlıqlı məzunlardır. Digərləri isə orta səviyyəlidir. Bizdə Bakı Dövlət Universitetinin timsalında hüquq hazırlığı yüksək səviyyədədir və məni qane edir. Bəzən deyirlər ki, təhsil yoxdur, oxuyan azdır, amma mən bununla razı ola bilmərəm. Düzdür çalışmaq lazımdır ki, keyfiyyət daha yaxşı olsun, amma mövcudu qaralamaq ədalətsizlikdi. Minlərlə savadlı gənclər var və onlar gələcəkdə yaşlı nəsli ləyaqətlə əvəz edəcəklər».

Mətbuat və informasiya şöbəsi, 02 oktyabr 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!