Qorqud Ata Universiteti və BDU arasında Memorandum imzalanıb

28/10/2015

Qazaxıstanın Qorqud Ata Dövlət Qızılorda Universitetinin rektoru, akademik Kılışbay Bisenov Aldaberqenoviçin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetinində olub. Nümayəndə heyəti ilə keçirilən görüşdə rektor, akademik Abel Məhərrəmov Qazaxıstan və Azərbaycan xalqlarının dostluq münasibətlərindən, universitetlərarası əməkdaşlıqdan, təhsil və elm sahəsində imzalanan müqavilələrin əhəmiyyətindən bəhs edib.

Akademik Kılışbay Bisenov Aldaberqenoviç, öz növbəsində, görüşdən məmnunluğunu ifadə edərək universitetlərarası əlaqələrin qurulmasında maraqlı olduğunu, imzalanacaq memorandumun BDU ilə rəhbərlik etdiyi ali təhsil ocağı arasında əməkdaşlığın inkişafına təkan verəcəyini xüsusilə qeyd edib.

Sonda  müəllim-tələbə mübadiləsi, ikitərəfli simpozium, seminar, konfransların keçirilməsi, beynəlxalq elm və təhsil layihələrinin, proqramlarının reallaşdırılması kimi məsələləri əhatə edən Memorandum imzalanıb.

Mətbuat və informasiya şöbəsi, 28 oktyabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!