Qorqud Ata Dövlət Qızılorda Universitetinin nümayəndə heyəti BDU-da

26/01/2016

Qazaxıstanın Qorqud Ata Dövlət Qızılorda Universitetininnümayəndə heyəti Bakı Dövlət Universitetdə olub. Rektor, akademik Abel Məhərrəmov Qazaxıstan və Azərbaycan xalqlarının dostluq münasibətlərindən, universitetlərarası əməkdaşlıqdan, təhsil və elm sahəsində imzalanan müqavilələrin əhəmiyyətindən bəhs edib. Ötən il Qorqud Ata Dövlət Qızılorda Universiteti ilə imzalanan memorandumdan danışan rektor nümayəndə heyətinin səfərini əməkdaşlığın daha da genişləndirilməsi baxımından səmərəli hesab edib.  Bakı Dövlət Universiteti ilə Qazaxıstanın digər ali təhsil ocaqları arasında münasibətlərə toxunan rektor, eyni zamanda, bu yaxınlarda universitetdə Qazax xanlığının 550 və Abay Kunanbayevin 170 illik yubileyinin  qeyd olunduğunu, 3 günlük beynəlxalq konfrans keçirildiyini qeyd edib.

BDU-da olmaqdan məmnunluqlarını bildirən Qorqud Ata Dövlət Qızılorda Universitetinin humanitar və pedaqoji fakültəsinin dekanı, professor Bakıtxan Abdulkərimov deyib ki, səfərdə əsas məqsəd universitetlərarası əməkdaşlığın daha da genişlənməsi və inkişafına təkan olmaq, tələbələrin mübadiləsini və tədris proresinin problemləri müzakirə etməkdir.

Sonda qonaqlar universitetin Tədris Elektron, İnformasiya Texnologiyaları və Abay Mərkəzində, elmi-tədqiqat və tədris laboratoriyalarında, muzeylərində olublar.

Mətbuat və informasiya şöbəsi, 26 yanvar 2016-cı il.


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!