«Qloballaşma və müasir informasiya cəmiyyətində insan hüquqlarının təminat sistemləri» - VİDEO

25/12/2013

Bu gün Bakı  Dövlət  Universitetinin Hüquq fakültəsi və AMEA İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə İnsan Hüquqları  haqqında  Ümumi Bəyannamənin  qəbul  edilməsinin  65-ci ildönümünə  həsr  edilmiş «Qloballaşma və müasir informasiya cəmiyyətində insan hüquqlarının təminat sistemləri»  mövzusunda beynəlxalq  elmi-praktik  konfrans öz işinə başlayıb. Konfransı giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra beynəlxalq cəmiyyətin tamhüquqlu və beynəlxalq hüququn müstəqil subyekti kimi əsrlərin sınağından çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu, eyni zamanda bəşər sivilizasiyasının idealları olan azadlığı, insan hüquqları, ədaləti və sülhü özünün inkişaf yolu seçib. Azərbaycan Respublikası, bir tərəfdən, insan hü­quq­ları sahəsində qəbul edilmiş əksər beynəlxalq müqavilələrə qoşulub, digər tərəfdən isə, bu sahədə mövcud beynəlxalq standartlara uyğun olaraq özünün dövlətdaxili qanunvericiliyini yaradıb. Rektor onu da qeyd edib ki, insan hüquqları amili Ümummilli lider Heydər Əliyev fəaliyyətinin əsası olub ki, bu da bilavasitə onun rəhbərliyi və təşəbbüsü ilə kifayət qədər normativ-hüquqi sənəd­lə­rin qəbul edilməsi ilə nəticələnib. Rektor hazırda Prezident İlham Əliyev tərəfindən dövlətdaxili sferada və beynəlxalq aləmdə, o cümlədən mühüm beynəlxalq təşkilatlarda aparılan uğurlu fəaliyyətdən danışıb və ölkəmizin insan hüquqları sahəsində 300-dən çox beynəlxalq müqavilənin iştirakçısı və mühüm nüfuzlu beynəlxalq təşkilatların üzvü olduğunu bildirib, insan hüquqları sahəsində bir sıra sənədlərin imzalandığını da önə çəkib. Eyni zamanda insan hüquqları sahəsində ardıcıl və dinamik fəaliyyətə xüsusi diqqət yetirən dövlətin bu sahədə elmi tədqiqatlara və kadr hazırlığına olan diqqətindən danışıb.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə də öz növbəsində ölkədə insan hüquqları sahəsindəki vəziyyətdən, bu sahəyə olan diqqət və qayğıdan bəhs edib.

Sonra AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Rasim Əliquliyev «İnformasiya cəmiyyəti şəraitində insan hüquqları problemləri və onların həlli istiqamətləri», Bakı Dövlət Universiteti Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev «İnformasiya hüququ hüququn yeni bir istiqaməti kimi: insan hüquqları aspektindən yeni yanaşmalar və beynəlxalq praktika», Kazan Federal Universitetinin professoru Revol Valeyev «Актуальные проблемы по защите прав человека на свободы совести, убеждений и вероисповедения», Krakov Universitetinin professoru Aleksandr Merejko - «Проблема Нагорного Карабаха и международного права» adlı məruzə ediblər.

Sonra konfrans işini bölmələrdə davam etdirib. «Dövlət və hüquq nəzəriyyəsi və tarixi», «Konstitusiya hüququ»,  «Beynəlxalq hüquq», «İnsan hüquqları» , «İnformasiya təhlükəsizliyi», «Cinayət prosesi», «Kriminalistika və məhkəmə ekspertizası», «Cinayət hüququ və kriminologiya», «Mülki hüquq və mülki proses», «Əmək və ekologiya hüququ» bölməsində 180 məruzə dinlənilib.

Konfransda Rusiya Federasiyasından professor Revol Mirqalimoviç Valeyev, Ukraynadan professorlar - Vladimir Naumoviç Denisov, Leonid Dmitriyeviç Timçenko, professor Arif Quliyev, Polşadan professor Aleksandr Aleksandroviç Merejko, Türkiyədən professor Hüseyn Altac iştirak ediblər.

Mətbuat və informasiya şöbəsi, 25 dekabr 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!