“Qlobal tayms”ın baş redaktoru Bakı Dövlət Universitetində olub

23/04/2014

Çində nəşr olunan “Qlobal tayms” qəzetinin baş redaktoru Hu Xijin və müavini Huang Lei Bakı Dövlət Universitetində olublar. Rektor, akademik Abel Məhərrəmov qonaqlara universitet barədə məlumat verib, onun beynəlxalq əlaqələrindən bəhs edib. Görüş zamanı Çin Xalq Respublikası universitetləri ilə qurulmuş əlaqələrdən, BDU-da çin dilinin və mədəniyyətinin tədrisinin yüksək səviyyədə aparılması, bu sahədə mütəxəssilərin yetişdirilməsi, tələbə-müəllim mübadiləsi kimi məsələlərdən danışılıb. Qonaqlar universitetdə olmalarından məmnunluqlarını ifadə ediblər. Baş redaktoru olduğu qəzet barədə məlumat verən Hu Xijin bildirib ki, ingilisdilli qəzet “Qlobal tayms” 2009-cu ildən nəşr olunur. Çində ən çox oxunan qəzet “Qlobal tayms” həm də Çin top universitetlərində tədris vəsaiti kimi də istifadə edilir. Qonaqlar universitetlə, o cümlədən BDU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutuna baş çəkiblər. Görüşdə prorektor, professor İradə Əliyeva, xarici tələbələrlə iş üzrə dekan, dosent Gülheyran Rəhimova, Şərqşünaslıq fakültəsinin dekanı, dosent Elxan Əzizov, Konfutsi İnstitutunun Azərbaycan tərəfdən direktoru Oqtay Cəlilbəyli iştirak ediblər.

Mətbuat və informasiya şöbəsi, 23 aprel 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!