Qələbənin 65-ci ildönümünə həsr edilmiş konfrans keçirilib

05/05/2010

Mayın 5-də Bakı Dövlət Universitetində 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 65-ci ildönümünə həsr edilmiş elmi-praktiki konfrans keçirilib. Rektor, millət vəkili, akademik Abel Məhərrəmov Böyük Vətən müharibəsinin bəşəriyyətə ağır bəlalar gətirdiyini, bir çox xalqlara, o cümlədən Azərbaycan xalqına ağır zərbələr vurduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. Bu müharibədə tarixi Qələbənin qazanılmasında qəhrəman Azərbaycan övladlarının əzolunmaz payından danışıb, müharibənin od- alovlarından çıxmış Qələbə veteranlarını təbrik edib. Universitet Veteranlar Şurasının sədri, professor Abuzər Xələfov başda olmaqla, 7 nəfər müharibə veteranına pul mükafatı və çiçək dəstələri bağışlanıb.
Tədbirdə YAP sədrinin müavini – icra katibi Əli Əhmədov, YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov və digər şəxslər iştirak ediblər.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 05 may 2010-cu il.
(Tədbir AzərTac informasiya agentliyində və, “Azərbaycan”, “Yeni Azərbaycan” və “Azərbaycan müəllimi”qəzetlərində də yayımlanıb – 05-06-07 may 2010-cu il).

 

 

 

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!