“Qışlayan su-bataqlıq quşlarının təyin edilməsi və monitorinqi” mövzusunda təlimin III hissəsi keçirilib

26/02/2014

Ekologiya və torpaqşünaslıq fakültəsinin, “Bioekologiya” kafedrası və Almaniya-Azərbaycan Əməkdaşlıq birliyinin birgə təşkil etdiyi “Qışlayan su-bataqlıq quşlarının təyin edilməsi və monitorinqi” mövzusunda təlimin III hissəsi keçirilib. Təlim çərçivəsində işçi qrupun Salyan rayonuna çöl təcrübəsi ezamiyyətləri baş tutub. Ekspedisiya zamanı obyektlərin( su-bataqlıq quşları) bir neçə sahədən müşahidəsi aparılıb və növlər müəyyən edilib. Ezamiyyətin marşrutu: Hacıqabul gölü, Mahmudçala gölü, Bolqar-çay su anbarı, Kürün deltası (Nefçala), Ələt buxtası, Şirvan Milli Parkı ərazilərini əhatə edib. Həmin təlimdə Bioekologiya kafedrasının müəllim və əməkdaşları ilə yanaşı Biologiya fakültəsinin Onurğalılar zoologiyası kafedrasının müəllim və əməkdaşları  da iştrak ediblər.

Mətbuat və informasiya şöbəsi, 26 fevral 2014-cü il.



 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!