Qazaxıstanın Vətəndaş cəmiyyəti və dini işlər nazirinin müavini BDU-da olub

15/05/2017

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Qazaxıstan Respublikasının Vətəndaş cəmiyyəti və dini işlər nazirinin müavini Berık Arınla görüşüb. Rektor qonağa BDU haqqında məlumat verib, Qazaxıstan universitetləri ilə əlaqələrdən danışıb. 
Görüş böyük qazax şairi, yazıçısı, ictimai xadim, müasir qazax yazılı ədəbiyyatının banisi Abay Kunanbayev adına mərkəzdə davam edib. Mərkəzin yaranma tarixi və fəaliyyəti haqqında məlumat verən rektor bildirib ki, bu illər ərzində bir çox layihələr həyata keçirilib, birgə konfrans və simpoziumlar təşkil olunub, Qazaxıstan universitetləri ilə müqavilələr imzalanıb. Eyni zamanda qazaxıstanlı rektor və professorlar, jurnalistlər, bir çox tanınmış insanlar mərkəzdə olub, tələbələrə mühazirələr oxuyublar. 
Qazaxıstan Respublikasının Vətəndaş cəmiyyəti və dini işlər nazirinin müavini Berık Arın mərkəzin fəaliyyətindən razılıq ifadə edib, qazax ədəbiyyatı ilə bağlı tədqiqat işlərini yüksək qiymətləndirib. 
Görüş zamanı tərəflər gənc nəslin milli mədəniyyətimizə və adət-ənənələrimizə olan marağının artırılması məqsədilə ortaq layihələrin həyata keçirilməsi üzrə ilkin razılıq əldə ediblər.

Mətbuat və informasiya şöbəsi, 15 may, 2017-ci il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!