Qazaxıstanın aparıcı abayşünası BDU-nun filologiya fakültəsində mühazirə oxuyub

08/05/2013

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Abay Mərkəzinin təşəbbüsü  ilə aparıcı qazax abayşünası, Lev Qumilyov adına Avrasiya Milli Universitetinin professoru, filologiya elmləri doktoru Gülpaş Beybıtova BDU-nun filologiya fakültəsində mühazirə oxuyub. Böyük qazax şairi, filosof, bəstəkar, maarifçi, mütəfəkkir, ictimai xadim, yazılı qazax ədəbiyyətinin banisi Abay Kunanbayevın yaradıcılığından danışan professor, abayşünaslığın mühüm problemlərindən, Qazaxıstan və Azərbaycan arasındakı ədəbi əlaqələrdən söz açıb.  Professor Gülpaş Beybıtova bildirib ki, ortaq tarixi köklərə söykənən Qazaxıstan və Azərbaycan xalqlarının ədəbiyyatları bir  çox ümumi xüsusiyyətlərə malikdir. Abayın yaradıcılığına böyük Azərbaycan şairlərinin təsirini qeyd edən professor, Abayın ümumtürk şair olduğunu vurğulayıb.

Gülpaş  Beybıtova "XX əsrin əvvəlindəkı qazax poeziyasında Abay ənənələri” adlı monoqrafiya,  60-dan çox elmi məqalə, dərslik və tədris vəsaitlərin müəllifidir.

Qeyd etmək lazımdır ki,  Azərbaycan və Qazaxıstan arasında mədəni əlaqələrin daha da inkişaf etməsi məqsədilə yaradılan Abay Mərkəzi  13 may 2011-ci ildə Bakı Dövlət Universitetinin nəzdində açılıb. Mərkəzin rəsmi açılışı Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov və Lev Qumilyov adına Avrasiya Milli Universitetinin  rektoru, professor Baxıtcan Abraim tərəfindən tərəfindən yerinə yetirilib. Həmin tarixdə iki universitet arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Mətbuat və İnformasiya şöbəsi, 08 may 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!