Qazaxıstanlı soydaşlarımız Abay Mərkəzində

08/06/2016

Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında iştirak edən Qazaxıstanın Ust-Kamenoqorsk şəhərindəki Azərbaycan diasporunun sədri Məhəmməd Ağalarov, sədr müavini, eyni zamanda Ust-Kamenoqorsk şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin Azərbaycan dili müəllimi Sevinc Dəmirçiyeva, Mərkəzin Azərbaycan dili üzrə tələbəsi və Şərqi Qazaxıstan Universitetinin magistrantı Güldən Tonaşanova Bakı Dövlət Universitetinin Abay Mərkəzində olublar.

Abay Kunanbayev adına Qazax dili, tarixi və mədəniyyəti mərkəzinin işi ilə tanış olan qonaqlar Şərqi Qazaxıstan üzrə Azərbaycan diasporunun fəaliyyəti haqqında məlumat veriblər.

Qazaxıstanlı soydaşlarımız, eyni zamanda BDU-da fəaliyyət göstərən Rus Mərkəzində olub, onun iş prinsipi ilə maraqlanıblar. Bildiriblər ki, Bakı Dövlət Universitetinin nəzdindəki bu iki Mərkəzlə tanışlıq Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin işinin təkmilləşdirilməsinə kömək edəcək.

Mətbuat və informasiya şöbəsi, 08 iyun 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!