Qazaxıstan Parlament Məclisinin sədri BDU-da - VİDEO

20/02/2014

Bu gün Qazaxıstan Respublikası Parlamentinin Məclis sədri Nurlan Niqmatulinin rəhbərlik etdiyi nümayəndə heyətini Bakı Dövlət Universitetin müəllim-tələbə heyətilə görüşüb. BDU-nun rektoru, akademik Abel Məhərrəmov qonağı təqdim edərək onun haqqında ətraflı məlumat verib. Müxtəlif rəhbər vəzifələrdə çalışan Nurlan Niqmatulin Astana şəhər İcra Hakiminin müavini, Prezident Administrasiyası rəhbərinin müavini, Qaraqanda vilayətinin qubernatoru, "Nur Otan"  partiyası sədrinin birinci müavini (Qazaxıstan Respublikasının iqtidar partiyası ) vəzifələrində çalışıb. Artıq iki ildir ki, Qazaxıstan Respublikası Parlamentinin Məclis sədri vəzifəsində çalışan N.Niqmatulin hökumətin ali mükafatları olan “Kurmet” ordeni və II dərəcəli “Barıs” ordeni ilə təltif olunub. Akademik Abel Məhərrəmov Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafından da bəhs edərək deyib ki, bu ölkələr ortaq dil, mədəniyyət və tarixə malik olan  qardaş dövlətlərdir. Əsrlər boyu xalqlarımız bir-birinə  bağlı olub və həmişə bu əlaqələri qorumaq, gücləndirmək  və genişləndirmək istiqamətində səy göstəriblər. Hazırda qarşılıqlı uğurlu əlaqələrin mövcud olması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və qazax xalqının görkəmli oğlu Nursultan Nazarbayevin birgə səylərinin nəticəsində hasil olub.

Daha sonra çıxış edən Qazaxıstan Respublikası Parlamentinin Məclis sədri Nurlan Niqmatulin BDU-nun onda xoş təəssüratlar yaratdığını və bu qocaman ali təhsil ocağının kollektivi ilə görüşməsindən məmnunluğunu ifadə edib. Qonaq ölkələrimiz arasında mövcud olan  münasibətlərdən, ölkəsinin xarici siyasəti, iqtisadiyyatın bugünkü durumu, ölkə qarşısında duran məqsəd və digər bu kimi mühüm məsələlərdən danışıb.

Qeyd edək ki,  qonaq universitetin Heydər Əliyev Muzeyi, Abay adına qazax dili, tarixi və mədəniyyəti mərkəzi  ilə tanış olub.

Xatırladaq ki,  Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmutalin fevralın 19-da Azərbaycana rəsmi səfərə gəlib.

Mətbuat və informasiya şöbəsi, 20 fevral 2014.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!