Qazax filialında Molla Pənah Vaqifin 300 illik yubileyi münasibətilə elmi-praktik konfrans keçirilib

17/05/2017

Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyi münasibətilə Bakı Dövlət Universitetinin Qazax filialında bir sıra silsilə tədbirlər keçirilib.  Bu münasibətlə keçirilən şeir müsabiqəsində xeyli sayda tələbə iştirak edib və qaliblər Fəxri fərmanlarla təltif olunub. Eyni zamanda müəllim və tələbələr M.P.Vaqifin Qazaxdakı xatirə muzeyinə baş çəkiblər. Yubiley tədbilərinin zirvəsi isə Qazax rayon İcra Hakimiyyəti, Bakı Dövlət Universitetinin Qazax filialı, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının birgə təşkilatçılığı ilə keçirilən elmi-praktik konfrans olub.

Konfransdan əvvəl tədbir iştirakçıları M.P.Vaqifin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini böyük ehtiramla yad ediblər. Burada keçirilən Vaqif poeziya saatında filialının tələbələrinin ifasında Səməd Vurğunun “Vaqif” pyesindən səhnə nümayiş etdirilib. Yubileylə əlaqədar filialda keçirilmiş şeir müsabiqəsi qaliblərinin çıxışları da maraqla qarşılanıb.

Sonra rayon Gənclər Mərkəzində elmi-praktik konfransla öz işinə başlayıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov məruzə ilə çıxış edərək M.P.Vaqifin yubiley tədbirlərinin Prezident İlham Əliyevin 2017-ci il 12 yanvar tarixli Sərəncamına əsasən keçirildiyini qeyd edib, böyük şairin həyat və yaradıcılığı barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Azərbaycan Milli Elmlər Akademiyası Ədəbiyyat İnstitutunun professoru İslam Qəribli, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Teymur Bünyadov, AYB-nin Qazax filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal, tənqidçi, Azərbaycan Slavyan Universitetinin professoru Rüstəm Kamal, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Müasir Azərbaycan dili” şöbəsinin müdiri, professor İsmayıl Kazımov, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, dosent Aslan Salmanov, Qazax Xeyriyyə Cəmiyyətinin sədri İlham Pirməmmədov konfransda çıxış edərək M.P.Vaqif yaradıcılığından söz açıblar.

Daha sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib. Filialın müəllimləri konfransda məruzələrlə çıxış edərək M.P.Vaqifin şeirlərinin zənginliyindən, onun gözəllik şairi olmasından, Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışıb, ədəbi dilimizin zənginləşməsində böyük şairin misilsiz xidmətlərini qeyd ediblər.

Elçin İSMAYIL,

Bakı Dövlət Universiteti Qazax filialı Mətbuat Mərkəzinin rəhbəri.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!