Qars Bələdiyyəsinin başqanı Murtaza Qaraçanta «Universitetin fəxri qonağı» diplomu ilə təltif edilib - VİDEO

21/10/2014

Türkiyənin Qars Bələdiyyəsinin başqanı Murtaza Qaraçanta Bakı Dövlət Universitetində olub. Qonağı qəbul edən rektor, akademik Abel Məhərrəmov Azərbaycan-Türkiyə dostluq və qardaşlığından, Azərbaycanın bir neçə şəhəri ilə Qarsın qardaşlaşmış şəhər olmasından, Qars universitetləri ilə BDU arasındakı əlaqələrdən bəhs edib.

Öz növbəsində doğma Azərbaycanda, o cümlədən Bakı Dövlət Universitetində olmaqdan məmnunluğunu bildirən Murtaza Qaraçanta universitetlərarası əlaqələrin daha da inkişaf etməsində maraqlı olduğunu və bu münasibətlərin genişlənməsinə töhfə verəcəyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib və Murtaza Qaraçanta «Universitetin fəxri qonağı» diplomu ilə təltif olunub.

Görüş universitetlə tanışlıqdan sonra başa çatıb.

Mətbuat və İnformasiya şöbəsi, 21 oktyabr 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!