“Qarabağı tanıyıram” adlı layihə reallaşdırılacaq

17/03/2014

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Qarabağ Mərkəzinin təşkilati dəstəyi ilə gənclər arasında “Qarabağı tanıyıram” adlı araşdırma müsabiqəsi keçiriləcək. Qarabağ haqqında ən yaxşı araşdırma aparan, onun tarixi, ərazisi, mədəniyyəti haqqında ətraflı məlumat hazırlayan gənclər bu müsabiqədə qalib olmaq uğrunda mübarizə aparacaqlar. 14-29 yaş arası istənilən gənc elmi mənbələrə, tarixi kitablara, faktlara əsaslanan araşdırmalarını müsabiqəyə təqdim edə biləcəklər.

Araşdırmalara tarixçi ekspertlər tərəfindən baxış keçiriləcək və. bəyənilən araşdırmalardan ibarət “Qarabağı tanıyıram” adlı kitabça hazırlanacaq. Ən yaxşı, ətraflı araşdırma təqdim edən gəncin məqaləsi ingilis və rus dillərinə tərcümə olunaraq elmi jurnallarda çap olunacaq, qalib gələn gəncə i-pad və qalib diplomu, fərqlənən digər araşdırma müəlliflərinə isə diplomlar təqdim ediləcəkdir.

Layihənin rəhbəri tarix fakültəsinin tələbəsi Zaur Abdullayevdir.

Mətbuat və informasiya şöbəsi, 17 mart 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!