Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası tələbələr arasında esse müsabiqəsi elan edir

25/07/2012

1993-cü il fevral ayının 26-da İstanbulda 11 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası (QİƏTPA), 1998-ci ildə isə bu əməkdaşlıq çərçivəsində Rumıniyanın Konstantsa şəhərində Qara Dəniz Universitetlər Assosiasiyası yaradılmışdır.

20 illik fəaliyyəti dövründə QİƏTPA üzv ölkələr arasında siyasi və iqtisadi münasibətlərin daha da yaxınlaşmasına yeni imkanlar açmışdır. Təşkilat bölgədə iqtisadi əlaqələrin, o cümlədən üzv ölkələr arasında işbirliyinin genişlənməsinə, özəl sektorun, ticarətin, mədəniyyətin, turizmin inkişafına təkan vermişdir.

2013-cü ildə yaranmasının 20-ci ildönümü qeyd edən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası tələbələr arasında “Qara dəniz regionu 20 il ərzində” mövzusunda esse müsabiqəsi elan edir.

Müsabiqənin şərtləri ilə QİƏTPA tərəfindən tərtib olunmuş elanda tanış olmaq olar.

Beynəlxalq Tələbə Esse Müsabiqəsi

International Student Essay Competition

Esselər 1 dekabr 2012-ci il tarixinə qədər Azərbaycan Respublikası üzrə müsabiqə komissiyasına təqdim olunmalıdır. Müsabiqə komissiyasına Azərbaycan Parlamentinin üzvü, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının vitse-prezidenti,  AMEA-nın müxbir üzvü, professor Asəf Hacıyev sədrlik edəcəkdir.

Müsabiqənin Azərbaycan üzrə qalibi 2013-cü ildə keçiriləcək Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının Yubiley mərasimlərində iştirak etmək hüququ qazanacaqdır. Bununla yanaşı qaliblərin esseləri QİƏTPA-nın 20 illiyinə həsr olunmuş xüsusi kitabda və “Letters from the Black Sea” (BSUN) Beynəlxalq jurnalda çap olunacaqdır.

Tələbələr tərəfindən yazılmış esselər iki nüsxədə (elektron variantı ilə birlikdə) 1 dekabr 2012-ci il tarixə qədər aşağıdakı ünvana təqdim olunmalıdır:

Bakı Dövlət Universiteti, Z.Xəlilov küç.,23, Əsas bina, Tədrisin təşkili və təlim texnologiyalı üzrə prorektorluq.

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!