Qafqaz Universitetinin təşkilatçılığı ilə "Universitet-iş dünyası əlaqələri" mövzusunda dəyirmi masa keçirilib

15/11/2013

14 noyabr tarixində Qafqaz Universitetinin təşkilatçılığı ilə ölkənin 19 aparıcı universitet  nümayəndələrinin iştirak etdiyi "Universitet-iş dünyası əlaqələri " mövzusunda dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə açan Qafqaz Universitetinın rektoru Ahmet Saniç iştirakçıları salamlayaraq dəyirmi masada olan mövzunun əhəmiyyətindən geniş bəhs edib.

Tədbirdə Bakı Dövlət Universitetini təmsil edən Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərov da söz alaraq qoyulmuş mövzunun çox actual olduğunu qeyd edib və universitet tələbələrinin əmək bazasına ixrac olunması yolunda mövcud olan problemlərdən söz acıb.

Çıxışında gələcəyin məzunları olan bu günün tələbələri ilə birbaşa iş aparan bir şəxs kimi problemlərdən çıxış yolu kimi universitetlər ilə iş dünyası arasında əlaqələrin təmin edilməsi sahəsində bir çox nüansları qeyd edib. Bu sırada   təcrübəyə diqqətin artırılması , universitetlərdəki karyera mərkəzlərinin effektiv fəaliyyət göstərməsi, yeni tədris metodlarından istifadənin əhəmiyyətini xüsusi olaraq vurğulayıb.

D.Qənbərov eyni zamanda universitetlər ilə əmək bazarı arasında bir çox hallarda yaranan uyğunsuzluğun aradan qaldırılması istiqamətində optimal bir yol kimi əmək bazarının proqnozlaşdırılmasını, hətta orta məktəblərin son siniflərində şagirdlərə, onların valideyinlərinə ölkənin gələcək inkişaf mərhələsində hansı sahələrin prioritet olacağını, hansı peşə sahiblərinə, hansı mütəxəsislərə daha çox təlabat yaranacağını məlumat verməyin əhəmiyyətini vurğulayıb. Bu tolla cəmiyyətdə insaların təfəkküründə uzun illər ərzində formalaşmış ənənəvi peşələrə, ixtisaslara ( hüquqşünas, həkim, iqtisadçı və s.) olan marağı azaltmağın mümkün olacağına, nəticədə diplomlu işsizlərin sayının azalacağına, əksinə mövcud vakansiyalara uyğun kadrların artacağına nail olmağın mümkün olacağına inandığını qeyd edib.

Eyni zamanda tədris vəsaitlərinin, tədris proqramlarının da strukturunun dövrün, əmək bazarının tələblərinə uyğunaşdırılmasının vacibliyini bildirib. Natiq qeyd edib ki, peşə standartlarının hazırlanmasında iş verənlərin iştirakı olduqca vacibdir.

Daha sonar dəyirmi Masada iştirak edən digər universitet nümayəndələri də müxtəlif təkliflərlə çıxış ediblər.

Mətbuat və informasiya şöbəsi, 14 noyabr 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!