“Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində dəyirmi masa keçirilib

05/12/2015

“Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində dəyirmi masa Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində Bakı Dövlət Universitetində dəyirmi masa təşkil edib. BDU-nun Tarix fakültəsinin professor-müəllim heyəti və tələbələrinin iştirak etdiyi dəyirmi masanı fakültənin dekanı, dosent Azad Rzayev açaraq onun əhəmiyyətindən bəhs edib. Tədbirdə “Azərbaycan tarixində dinlər: xristianlığaqədərki dövr; xristianlıq; islam dini” mövzusunda AMEA-nın əməkdaşları – tarix elmləri doktoru Məhəbbət Paşayeva, tarix üzrə fəlsəfə doktorları Elnur Vəliyev və Ülviyyə Hacıyeva mühazirə oxuyublar. Mühazirəçilər apardıqları tədqiqatlar əsasında Azərbaycanın çoxsaylı mədəniyyətinin təkamül yolunu, onun özünəməxsusluğunu auditoriyanın diqqətinə çatdırıb, Azərbaycan multikulturalizminin formalaşmasında sosial hadisə olan dinin rolunu göstərərək, erkən orta əsrlərdə ölkəmizdə baş verən sosial-siyasi proseslər haqqında məlumat veriblər. Tarix fakültəsi Azərbaycan tarixinin qədim və erkən orta əsrlər mərhələsinin daşıyıcısı olan Qafqaz Albaniyası dövrünə aid sərgi təşkil edib.

Mətbuat və informasiya şöbəsi, 05 dekabr 2015-ci il.


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!