Prorektor İradə Əliyeva struktur rəhbərləri, dekan müavinləri və tyutorların iştirakı ilə görüş keçirib

21/06/2017

Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva struktur rəhbərləri, dekan müavinləri və tyutorların iştirakı ilə görüş keçirib. Görüşdə  "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarında dəyişikliklər edilməsi barədə  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 iyun 2017-ci il tarixli 257 №-li qərarının icra olunması məsələləri müzakirə olunub. Təhsil Nazirliyinin qərardan irəli gələn əmrinin icrası üçün göstərişlərini verən prorektor İradə Əliyeva iştirakçıların suallarını cavablandırıb, əmrin icrasının həyata keçirilməsi üçün tapşırıqlar verib.
Daha ətraflı aşağıdakı linklərdə:
http://www.cabmin.gov.az/?/az/pressreliz/view/2445/
Azərbaycan Respublikası Təhsil Nazirinin əmri

Mətbuat və informasiya şöbəsi, 19 iyun 2017-ci il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!