Prorektor Aydın Kazımzadə beynəlxalq forumda iştirak edib

10/11/2011

25-26 oktyabr 2011-ci il tarixlərində Astana şəhərində Qazaxstan Respublikasının müstəqilliyinin 20 illiyinə və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Qazaxıstan filialinin yaradılmasının 10 illiyinə həsr edilmiş  “Qazaxstan və yeni dünyada avrasiya ideyası” adlı Beynəlxalq Forum keçirilmişdir. BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə Forumun plenar və bölmə iclaslarında iştirak etmişdir. Forum Avrasiya Universitetlər Assosiasiyası, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyi, L.N.Qumilyov adına Avrasiya Milli Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Qazaxstan filialı tərəfindən təşkil edilmişdir. Forumda Avrasiya məkanında iqtisadi, mədəni və təhsil sahələrində əməkdaşlıq məsələləri ətraflı müzakirə edilmişdir. Forumun yekun iclasında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Qazaxstan filialının yaradılmasının 10 illik yubileyi qeyd edilmişdir. Yekun iclasda çıxış edən professor Aydın Kazımzadə BDU ilə L.N.Qumilyov adına Avrasiya Milli Universiteti arasında elm və təhsil sahəsində mövcud olan  əlaqələrdən danışaraq bu əlaqələrin daha da möhkəmləndirilməsi zərurətini qeyd etmiş,  M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Qazaxstan filialının direktoru professor A.Sidoroviçi və filialın kollektivini Bakı Dövlət Universitetinin kollektivi və rektoru akademik Abel Məhərrəmovun adından təbrik etmişdir.

Mətbuat və İnformasiya şöbəsi, 10 noyabr 2011-ci il

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!