Professor Yəhya Məmmədovun 85 illik yubileyi qeyd olunub

10/12/2015

Bakı Dövlət Universitetində görkəmli alim və ictimai xadim, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, BDU-nun sabiq rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Yəhya Məmmədovun 85 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib. Konfransı giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov görkəmli alimin zəngin elmi fəaliyyətindən danışıb. Bildirib ki, 1971-ci ildən 1987-ci ilədək BDU-nun elmi işlər üzrə prorektoru, 1987-1989-cu illərdə isə rektoru vəzifələrində çalışan Yəhya Məmmədovun fəaliyyət dövrü mürəkkəb illərə düşsə də, o, universitetdə tənəzzülün qarşısını almağa çalışıb, milli düşüncənin beşiyinə çevrilən bu təhsil ocağının başında böyük vətənpərvər bir ziyalının dayandığını ləyaqətlə nümayiş etdirib.

Tədbirdə Mexanika-riyaziyyat fakültəsinin dekanı, professor Nizaməddin İsgəndərov “Görkəmli alim, ictimai xadim və elm təşkilatçısı” mövzusunda məruzə edib.

Sonra çıxış  və xatirələr dinlənilib. Professor Yəhya Məmmədovun həyat və elmi fəaliyyətindən danışan natiqlər, eyni zamanda, uzun müddət müdiri olduğu Hesablama riyaziyyatı kafedrasının fəaliyyətinə də toxunublar. Bildiriblər ki, görkəmli alim Yəhya Məmmədovun rəhbərliyi ilə kafedra çox geniş və əhatəli inkişaf yolu keçib, bu illərdə hesablama riyaziyyatı bir elm sahəsi kimi inkişaf edib və respublikada onun məktəbi yaranıb. Hesablama riyaziyyatı kafedrası bu gün dünyanın qabaqcıl universitetləri ilə sıx əməkdaşlıq əlaqələri qurub, əməkdaşlar nüfuzlu universitetlərdə təşkil olunmuş beynəlxalq elmi konfranslarda geniş məruzələrlə çıxış edirlər.

Sonra professor Yəhya Məmmədovun ailə üzvləri adından akademik Kamal Abdulla çıxış edib.

Konfrans iki gün davam edəcək və 4 bölmə üzrə 130 məruzə dinləniləcək.

Mətbuat və informasiya şöbəsi, 10 dekabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!