Professor Məmməd Məmmədovun yubileyi qeyd edilib

19/03/2014

Bakı Dövlət Universitetinin fizika fakültəsinin Maddə quruluşu kafedrasının professoru “Şərəf nişanı” ordenli, əməkdar müəllim, professor Məmməd Şıxəli oğlu Məmmədovun 80 yaşı tamam olması münasibəti ilə BDU-nun rektoru, akademik Abel Məhərrəmov onu təbrik edib, professorun elmi və pedaqoji fəaliyyətini yüksək qiymətləndirdiyini deyib. Ona gələcək elmi və pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Professor M.Məmmədov fizika elminin inkişafinda və yüksək ixtisaslı kadrların yetişdirilməsində xidmətlərinə və Azərbaycan elmini dünya miqyasında layiqincə təmsil etdiyinə görə BDU-nun Fəxri fərmanı ilə təltif edilib.

Görüşdə BDU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Aydın Kazımzadə və fizika fakültəsinin dekanı professor Məhəmmədəli Ramazanov da iştirak edib.

Mətbuat və informasiya şöbəsi, 18 mart 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!