Professor Mehdi Kazımovın 60 illik yubileyi münasibəti ilə tədbir keçirilib - VİDEO

29/09/2014

Bakı Dövlət Universitetində Şərqşünaslıq fakültəsinin İran filologiyası kafedrasının müdiri, professor Mehdi Kazımovın 60 illik yubileyi münasibəti ilə tədbir keçirilib. Yubiley mərasimi BDU-nun yeni istifadəyə verilmiş oxu zalında keçirilib. Tədbiri giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açıb. Rektor çıxışında Mehdi Kazımovun farsdilli ədəbiyyat, müqayisəli ədəbiyyatşünaslıq, nizamişünaslıq, mənbəşünaslıq sahələrində tanınmış və aparıcı mütəxəssislərdən biri olduğunu qeyd edib və onun 11 kitab, 130-a yaxın elmi məqalənin müəllifi olduğunu, dəfələrlə Rusiyada, Türkiyədə, İranda, Şimali Kiprdə, keçmiş SSRİ-nin bütün şərqşünaslıq mərkəzlərində keçirilmiş elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış etdiyini bildirib. Sonra rektor professor M.Kazımovu fəxri fərmanla təltif edib.

Tədbirdə həmçinin  Şərqşünaslıq fakültəsinin dekanı, dosent Elxan Əzizov, akademik Vasim Məmmədəliyev, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva, İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət mərkəzinin müdiri İbrahim İbrahimi, AMEA-nın dilçilik İnstitutunun direktoru Tofiq Hacıyev, Türk filologiyası kafedrasının müdiri Rüfət Rüstəmov, Şərqşünaslıq fakültəsinin dekan müavini Cavanşir Məmmədzadə iştirak ediblər.

Mətbuat və informasiya şöbəsi,  29 sentyabr 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!