Professor Kamran Əliyevin “Açıq kitab - “Dədə Qorqud” kitabına həsr edilmiş elmi seminar keçirilib

03/12/2015

Bakı Dövlət Universitetinin Azərbaycan Şifahi Xalq Ədəbiyyatı kafedrasında professor Kamran Əliyevin “Açıq kitab - Dədə Qorqud” kitabına həsr olunmuş elmi seminar keçirilib. Seminarda kafedranın professor – müəllim heyəti, magistrant, doktorant və dissertantlar iştirak edib. Seminarı açıq elan edən kafedra müdiri professor Səhər Orucova öz çıxışında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Kitabi – Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planına daxil olan konfranslar, simpoziumlar, məqalələr, kitabların çapı, xarici ölkələrdə tədbirlərin təşkilinin həyata keçirilməyinin əhəmiyyətindən danışıb. Diqqətə çatdırıb ki, professor Kamran Əliyevin yeni işıq üzü görmüş “Açıq kitab - Dədə Qorqud” kitabı da bu cəhətdən diqqətəlayiqdir. Professor Səhər Orucova kitabın tədqiqatçılar, magistr və tələbələr üçün dəyərli bir mənbə olacağını qeyd edib. Tədqiqatçı alim, professor Kamran Əliyev, öz növbəsində, seminarın təşkilində böyük rolu olan Səhər xanıma dərin minnətdarlıq bildirib. Daha sonra kafedranın dosentləri - Etibar Talıblı, Ülkər Nəbiyeva, Nizami Xəlilov və filologiya üzrə fəlsəfə doktoru Könül Həsənova çıxışlarında adıçəkilən kitabın əhəmiyyətindən, dil və üslub baxımından sadəliyindən, Kamran müəllimin öz aspektindən yanaşaraq maraqlı fikirlər ortaya qoyduğundan danışıblar. Sonda tədqiqatçı ilə müəllim və magistrantlar arasında maraqlı elmi diskussiya baş tutub.

Mətbuat və informasiya şöbəsi, 03 dekabr 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!