Professor Elşad Qurbanovun 65 yaşı tamam olub

01/01/1970

Bakı Dövlət Universitetinin biologiya fakültəsinin Botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Elşad Məcnun oğlu Qurbanovun yanvarın 2-də 65 yaşı tamam olub.

Professor Elşad Qurbanov 2 yanvar 1951-ci ildə Zəngəzur mahalnın Sisian rayonunun Urud kəndində anadan olub. 1982-ci ildən Bakı Dövlət Universitetində baş laborant kimi əmək fəaliyyətinə başlayıb, 1988-ci ildən botanika kafedrasında müəllim, baş müəllim vəzifəsində çalışıb. 1992-ci ildən bu günə qədər isə BDU-nun botanika kafedrasının müdiri vəzifəsində işləyir. E.M.Qurbanov 1984-cü ildə biologiya üzrə fəlsəfə doktoru, 2004-cü ildə biologiya üzrə elmlər doktoru elmi dərəcəsini və həmin ildən professor elmi adını alıb, 2000-2002- ci illərdə Mərkəzi Seçki Komissiyasının üzvü olub. 2014-cü ildə isə AMEA-nın müxbir üzvü seçilib. E.Qurbanov Azərbaycan Botanika Elminin inkişafına verdiyi töhhfələrlə fərqlənən alimlərdəndir və onun çoxşaxəli fəaliyyəti dövlətimiz tərəfindən daima dəyərləndirilib. Və bunun nəticəsidir ki, 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən “Tərəqqi” medalı ilə təltif olunub. "Avropa nəşr mətbuat Evi"nin ən yaxşı vətəpərvər tədqiqatçı alim kimi qızıl medalla təltif olunmuşdur. Eyni zamanda yerinə yetirdiyi elmi işlərin nəticələrinə görə 2009, 2012-ci illərdə “İlin adamı” , pedaqoji fəaliyyətinə görə 2010-cu ildə “İlin müəllimi” fəxri adlarını almış, Təhsil Nazirliyinin Fəxri Fərmanları, BDU-nun 75 illiyinə həsr edilən xatirə medalı ilə mükafatlandırılıb. “Bitki morfologiyası”, “Ali bitkilərin sistematikası”, “Bitkilərin coğrafiyası və Yerli flora”, “Bitki örtüyünün mühafizəsi”, “Meşəçilik” və s. fənlərdən mühazirələr oxuyan biologiya elmləri doktoru, professor Elşad Qurbanov 254 elmi əsərin, 12 kitabın, 40-dan artıq dərs proqramlarının və metodik göstərişlərin, 4 müəlliflik şəhadətnaməsinin müəllifi və 15 kitabın elmi redaktorudur, o dəfələrlə Beynəlxalq və Respublika elmi konfranslarda (Avropa ölkələrində, Rusiya Federasiyasının bir çox şəhərlərində, Türkiyə Cumhuriyyətinin bir çox Universitetlərində, Gürcüstanda, İran İslam Respublikasında) çıxış edib. Onun müəllifliyi ilə “Azərbaycanın Qırmızı Kitabı”nın (II cildlik) 2-ci nəşri çap olunub. Bundan əlavə "Azərbaycan Milli Atlası"nda onun bir neçə xəritəsi çap olunub. Ailəlidir. İki oğlu və 4 nəvəsi var.

Mətbuat və informasiya şöbəsi, 05 yanvar 2016.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!