Professor Elşad Qurbanov qızıl medala layiq görülüb

26/05/2015

Bakı Dövlət Universitetinin biologiya fakültəsinin botanika kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Elşad Məcnun oğlu Qurbanov “Avropa Nəşr Mətbuat Evi” tərəfindən “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı və fəxri diplomu ilə təltif edilib.

Adıçəkiln qurumun nümayəndələri və botanika kafedrasının əməkdaşlarının ilə keçirilən təltifetmədə məlum olub ki, respublikada kifayət qədər tanınan və nüfuza malik olan “Avropa Nəşr Mətbuat Evi” vaxtaşırı elm, təhsil sahəsində fərqlənən görkəmli alimlərini qiymətləndirərək, qızıl medalla təltif edir.  Professor Elşad Qurbanov Azərbaycan Botanika elminin inkişafına verdiyi töhfələrlə fərqlənən alimlərdəndir və onun çoxşaxəli fəaliyyəti qurumun diqqətindən kənarda qalmayıb. Onu da qeyd edək ki, görkəmli florist kimi tanınan professor Elşad Qurbanovun rəhbərliyi ilə yüzlərlə magistr və fəlsəfə doktorları müdafiə edib.

Mətbuat və informasiya şöbəsi, 26 may 2015-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!