Professor Bülent Tezkan Bakı Dövlət Universitetinin Geologiya fakültəsində olub

10/11/2017

Almaniyanın Köln Universitetinin Geofizika və Meteorologiya İnstitutunun direktoru professor Bülent Tezkan Bakı Dövlət Universitetinin Geologiya fakültəsində olub. Qonağı universitetdə görməkdən məmnunluğunu ifadə edən dekan, dosent Məhluqə Məmmədova, Seysmologiya və Yer təkinin fizikası kafedrasının müdiri dosent Əli Novruzov və müavini dosent Əvəz Məmmədov fakültənin beynəlxalq əlaqələri, tədrisin və elmi-tədqiqat işlərinin mövcud vəziyyəti barədə məlumat verərək, bu görüşün əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə təkan olacağını bildiriblər. Professor Bülent Tezkan, öz növbəsində, xoş qarşılanmaya görə təşəkkür edib. Qonaq universitetlərarası əlaqələrin inkişafında maraqlı olduqlarını qeyd edərək, Seysmologiya və Yer təkinin fizikası kafedrası ilə birgə müvəffəqiyyətlə yerinə yetirilmiş qrant layihəsindən bəsh edib, əməkdaşlığın gələcək perspektivləri barədə fikirlərini bölüşüb.

geology.bsu.edu.az

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!