Professor İsmət Nəcəfovun 80 yaşı tamam olub

23/01/2013

Bakı Dövlət Universitetinin fizika fakültəsinin Nəzəri fizika kafedrasının professoru “Şöhrət” ordenli, əməkdar müəllim, fizika-riyaziyyat elmləri doktoru, professor  İsmət Nəcəfovun 80 yaşı tamam olması münasibəti ilə BDU-nun rektoru akademik Abel Məhərrəmov onu təbrik edib, professorun elmi və pedaqoji fəaliyyətinin yüksək qiymətləndirdiyini deyib.

Professor İ.M.Nəcəfovun fizika elminin inkişafinda və yüksək ixtisaslı kadrların yetişdirilməsində xidmətlərinə və Azərbaycan elminin dünya miqyasında layiqincə təmsil etdiyinə görə akademik Abel Məhərrəmov onu BDU-nun Fəxri fərmanı ilə təltif edib və ona gələcək elmi və pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

Görüşdə BDU-nun Elm və innovasiyalar üzrə prorektoru prof. A.H.Kazimzadə və fizika fakültəsinin dekanı prof. M.Ə. Ramazanov da iştirak ediblər.

Mətbuat və İnformasıya Şöbəsi, 23 yanvar 2013.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!