Prof. f.e.d. M.Ə. Ramazanov Almaniyanın Carl Zeiss şirkətində rəsmi ezamiyyətdə olmuşdur

11/05/2012

Fizika fakültəsinin dekanı, prof.  f.e.d. Məhəmmədəli Ramazanov 3 may 2012-ci il tarixdən 9 may 2012-ci il tarixinə qədər Almaniyanın Carl Zeiss şirkətinin rəsmi dəvəti ilə şirkətin istehsal etdiyi cihazların texniki imkanları ilə tanış olmaq üçün onun  nəzdində  olan sınaq laboratorilarında olmuşdur.  3 may tarixində Oberkochen şəhərində yüksək həssaslığa və geniş texniki imkanlara malik Merlin elektron mikroskopunda Dr Heiner Jakschla  BDU-nun nanotədqiqatlar laboratoriyasında sintez olunmuş polimer nanokompozit nümunə tədqiq edilmiş və mikroskopun imkanları barədə məlumat alınmışdır. Həmin gün Carl Zeiss şirkətinin direktorlar şurasının üzvləri Dr. Frank Stic və Dr. Frank Stiezle görüş olmuş və BDU ilə Carl Zeiss arasında əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Elə həmin  gün şirkətin istehsal etdiyi Auriga elektron- ion mikroskopları ilə və Orion ion mikroskopu ilə yaxından tanış olunmuşdur. Səfər zamanı Carl Zeiss şirkətinin Münhen şəhərində yrləşən elmi araşdırma mərkəzində və bioloji laboratoriyasında  flüorisent və İK mikroskopları ilə yaxında tanış olunmuş və real bioloji strukturlarda təcrübələr aparılmışdır. Prof. Ramazanov M.Ə. Ştuttqart şəhərində Maks Plank adına institutda elektron mikroskopu mərkəzi laboratoriyasının direktoru Dr.Prof. Peter van Aken ilə  görüşmüş və laboratoriyanın cihazları və elmi tədqiqat işləri ilə yaxından tanış olmuşdur. Səfər zamanı nanotexnologiya mərkəzinin direktoru prof. Sebastyan Rexler ilə görüş olmuş və gələcəkdə mərkəzlə birgə beynəlxalq layihələrin hazırlanması ilə əlaqədar razılıqlar olmuşdur. Sonda 9 mayda Berlin şəhərində qələbə bayramı münasibəti ilə sovet ordusunun naməlum əsgərinin heykəli önünə gül dəstələri qoyulmuşdur. Səfər çərçivəsində Carl Zeiss şirkətinin rəhbərliyi Bakı Dövlət Universiteti ilə birgə əməkdaşlığa böyük əhəmiyyət verdiklərini bildirmiş və hədiyyə olaraq tədris proseslərində və tədqiqat işlərində istifadə üçün 10 ədəd Primo Star optik mikroskopunlarını vermək barədə razılıga gəldikləri barədə sənədlərin hazırlanmasına qərar vermişlər. Səfərin yüksək səviyyədə təşkil olunmasında Carl Zeiss şirkətinin MDB üzrə Nanotexnologiya və elektron mikroskopları departementinin rəhbəri Aleksandr Ulyanenko və Azərbaycan üzrə nümayəndəsi Natalya Qamzayeva böyük səy göstərmişlər.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!