Prezident təqaüdçülərimiz

29/10/2013

Abdullayeva Günel Rahil qızı 1996-cı il fevralın 9-da Bərdə rayonunda dünyaya gəlib. 2013-cü ildə Bakı şəhəri Nəsimi rayonu 240 № li orta məktəbi qızıl medalla bitirib. Məktəbdə oxuduğu müddətdə 2010-cu ildə Araz kurslarının keçirdiyi “Ənənəvi bilik” yarışında 2-ci yeri tutub, 2011-ci ildə Azərbaycan tarixi üzrə bilik yarışında Respublika turunun 3-cüsü olub. 2011-ci ildə müstəqilliyimizin 20-ci ildönümü münasibətilə keçirilən “Müstəqilliyimiz əbədidir” yaradıcılıq müsabiqəsində 1-ci yerə layiq görülüb. 2012-ci 1G Bilik Akademiyasına qatılıb və Respublika üzrə 2-ci yerə çıxmıb. Nəsimi bələdiyyəsi və məktəbin tərəfindən bir neçə dəfə fəxri fərmanlarla təltif olunub. Nəhayət, 2013-cü ildə qəbul imtahanında III qrup üzrə 695 bal yığıb və Bakı Dövlət Universitetinə daxil olub. Hal-hazırda həmin universitetin hüquq fakültəsində oxuyur, prezident təqaüdçüsüdür. Bu universiteti seçməyinə səbəb həm onun yaşı, həm də dünya universitetləri arasında prestiji olub. Vaxt keçdikcə doğru qərar verdiyini anlayır. Burdakı nizam-intizam, müəllimlərin böyük səylə elm tədris etməsi, biliyə, savada yüksək qiymət verməsi belə düşünməyinə əsas verir. Həmçinin prezident təqaüdünə layiq görülməyi ona böyük fəxarət hissi bəxş edir. Sözsüz ki, bu və bundan əvvəlki uğurlarına görə 240saylı məktəbə və müəllimlərinə minnətdardı. İndi məqsədi universiteti əla qiymətlərlə bitirmək və sona qədər prezident təqaüdçülüyünü davam etdirməkdir. Və əsas hədəfi xalqa yararlı hüquqşünas olmaqdır.

 

 

 

Abbasova Maya Elçin qızı Bakı şəhərində anadan olub. 2013-cü ildə Bakı şəhəri Nizami rayonundakı Namiq Həmzəyev adına 238 saylı orta məktəbi qızıl medalla bitirib və 690 balla Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. Məktəbdə müxtəlif ictimai işlərdə, tədbirlərdə, yarışlarda, müsabiqələrdə həmişə fəal iştirakçı olub. 2010-2011-ci tədris ilində məktəblilərin fənn olimpiadasının şəhər mərhələsində kimya fənni üzrə 1-ci yer tutub. 2011-ci ildə 20 Yanvar faciəsinin 21-ci il dönümünə həsr edilmiş inşa yazı müsabiqəsinə görə Bakı Şəhər Təhsil İdarəsi tərəfindən diplom və qiymətli hədiyyə ilə təltif olunub. Həmin inşa yazım və müsahibəm “Bakı Təhsili” qəzetində dərc olunub. Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbirlərdə- bilik olimpiadasında 1-ci yer, Breyn-Rinq intellektual oyununda 2-ci yer tutaraq diplom və hədiyyələrlə təltif olunub, “Mən azərbaycanlıyam” intelektual bilik yarışmasında qalib olub. 5-ci Beynəlxalq İNEPO -Avrasiya olimpiadasında öz məktəbini təmsil edib. 2011-ci ildə Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi nəzdində fəaliyyət göstərən Liderlik Məktəbinin Uşaq Hüquqlari Konvensiyası üzrə tam kursunu bitirib. Hüquqşünas olmaq istəyi uşaqlıq arzusu olub, bu kursa getdiyi vaxt tam qətiləşib. Ölkədə hüquqşünas mütəxəssis hazırlayan bir neçə ali məktəbin olmasına baxmayaraq, BDU-nun respublikanın ən qocaman ali təhsil ocağı olması, universitetin hazırkı nüfuzu bu ali məktəbi seçməyinə səbəb olub. Oxuduğu ay yarım ərzində seçimində yanılmadığımı görüb. BDU-nu dünyanın heç bir ali məktəbinə dəyişməyəcəyi fikrindədir. Yüksək bal yığmağı ilə əlaqədar Prezident təqaüdünə layiq görüldüyünü biləndə  çox sevinib. Bu onun ailəsinin, bütün müəllimlərin, dostlarının,sinif yoldaşlarının arzusu imiş. Onların etimadını doğrultduğu üçün özünü xoşbəxt hiss edir.

 

Mətbuat və İnformasiya şöbəsi, 29 oktyabr 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!