“Parlament Kuboku-2011” futbol turniri

14/06/2011

İyunun 14-də ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş “Parlament Kuboku-2011” futbol turnirinin final qarşılaşması keçirilmişdir. AzərTAc xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) idman kompleksində keçirilən oyunda Milli Məclis və Vergilər Nazirliyinin komandaları qarşılaşmışlar. Oyunu Milli Məclis sədrinin birinci müavini, təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov, vergilər nazirinin müavini Sahib Ələkbərov və AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev izləmişlər. Qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsində qapılara top vurulmamışdır. İkinci hissənin başa çatmasına 3 dəqiqə qalmış Milli Məclisin komandası hesabı açmışdır. Hesab oyunun sonuna qədər dəyişməmişdir. Beləliklə, Milli Məclisin komandası turnirin qalibi olmuşdur. Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilmişdir. Turnirin “Ən yaxşı...” nominasiyası üzrə fərqlənənlərə diplomlar verilmişdir. Sonra üçüncü yeri tutmuş Xarici İşlər və Səhiyyə nazirliklərinin komandalarına bürünc medallar və diplomlar təqdim olunmuşdur. Vergilər nazirinin müavini S.Ələkbərov ikinci yeri tutmuş Vergilər Nazirliyinin kollektivini mükafatlandırmışdır. Milli Məclis sədrinin birinci müavini, təhlükəsizlik və müdafiə komitəsinin sədri Z.Əsgərov turnirin qalibi olmuş Milli Məclisin komandasına qızıl medalları və kuboku təqdim etmişdir. BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov qonaqlara xatirə hədiyyələri vermişdir.

BDU-nun Mətbuat və İnformasiya Şöbəsi, 14 iyun 2011-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!