Pakistan səfiri BDU tələbələrinə mühazirə oxuyacaq

26/05/2014

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Pakistanın ölkəmizdəki səfiri Xalid Usman Qayserini qəbul edib.

Qəbula görə rektora minnətdarlıq edən səfir Azərbaycanın ilk universitetində olmaqdan məmnunluğunu bildirib. Ölkələrarası münasibətlərdən danışan səfir, eyni zamanda siyasi sahədə əməkdaşlığın sarsılmaz olduğunu bildirib, Paksitanda Azərbaycana dost yox, qardaş ölkə deyildiyini diqqətə çatdırıb. Onu da bildirib ki, Azərbaycanla Paksitan bütün beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış edir ki, bu da ölkələrin bir-birinə olan münasibətinin göstəricisidir. Azərbaycanın son illərdəki inkişafından danışan Xalid Usman Qayseri universitetlərarası əməkdaşlıqdan və onun daha da inkişafında maraqlı olduğundan danışıb.

Xoş sözlərə görə səfirə minnətdarlıq edən rektor Abel Məhərrəmov BDU-da tədris olunan urdu dilindən, bu sahədə tələbə-müəllim mübadiləsindən, elmi müstəvidəki əməkdaşlıqdan bəhs edib.

Əlaqələrin hazırkı vəziyyətindən razılıq ifadə olunub və səfirin BDU tələbələrinə mühazirə oxumaq istəyi məmnunluqla qarşılanıb.

Qeyd edək ki, səfir Xalid Usman Qayseri 1985-ci ildən Pakistan Xarici Xidmətində çalışmağa başlayıb, Pakistanın Tunisdəki səfirliyində 2-ci katib, İngiltərədə Pakistan Ali Komissiyasında 1-ci katib, Pakistanın Macarıstandakı səfirliyində müvəqqəti işlər müvəkkili, Berlindəki səfirliyində səfir müşaviri və Tacikistandakı səfiri olub. Azərbaycanda diplomatik fəaliyyətə 2014-cü ildən başlayıb.

Mətbuat və İnformasiya şöbəsi, 26 may 2014-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!