Abel Məhərrəmov Türkiyənin Orta Doğu Texniki Universitetinin rektorunu qəbul edib

24/06/2011

Rektor, akademik Abel Məhərrəmov Türkiyənin Orta Doğu Texniki Universitetinin rektoru, professor Əhməd Açarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. BDU haqqında ətraflı məlumat verən akademik Abel Məhərrəmov universitetin yaranma və inkişaf tarixindən, onun beynəlxalq əlaqələrindən danışıb. Rektor Türkiyənin ali təhsil ocaqları ilə əməkdaşlıqdan, birgə proqram və layihələrdən, tələbə-müəllim mübadiləsinin mümkünlüyündən bəhs edib. Bildirib ki, universitet qardaş Türkiyənin  Orta Doğu Texniki Universiteti ilə əməkdaşlığı daha da dərinləşdirməkdə maraqlı olduğunu bildirib.

Öz növbəsində Orta Doğu Texniki Universitetinin rektoru Əhməd Açar Azərbaycan universitetləri, xüsusən Bakı Dövlət Universiteti ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Qonaq BDU-nun nailiyyətlərindən məmnun qaldığını, təhsil ocaqları arasında ikitərəfli sıx əlaqələrin faydalı olacağına əminliyini vurğulayıb. O, rəhbərlik etdiyi ali məktəbin BDU ilə beynəlxalq münasibətlər, texniki araşdırmalar və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu söyləyib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib. Daha sonra qonaqlar universitetlə tanış olub, xoş təəssüratla ayrılıb.

Mətbuat və İnformasiya şöbəsi, 24 iyun 2011-ci il.

(Material AzərTac, APA, SİA, Modern.az, MediaForum, News.az, news.rambler.ru, merkez.az, Fineko/abc.az informasiya agentliklərində, xəbər portallarında və "Azərbaycan", "Xalq qəzeti", "Yeni Azərbaycan", "Azərbaycan müəllimi, " "525-ci qəzet", "Nedelya" , "CBN Extra"  qəzetlərində  də yayımlanıb 24-25 iyun 2011-ci il)

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!