Orta Doğu Texniki Universitetinin professoru BDU-da seminar keçirib

06/05/2013

Türkiyə Respublikasının Orta Doğu Texniki Universitetinin Kimya fakültəsinin  professoru Cihangir Tanyeli  Bakı Dövlət Universitetində olub.

BDU haqqında qonağa qısa məlumat verən rektor, akademik Abel Məhərrəmov universitetin beynəlxalq əlaqələrindən, layihələrindən bəhs edib. Görüşdə assimetrik sintez sahəsində qarşılıqlı maraq doğuran istiqamətlər üzrə elmi-tədqiqat layihələrinin hazırlanması və reallaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb. Qonaq sonra Kimya fakültəsində “Xiral üzvi katalizatorlar iştirakında optiki aktiv birləşdirmələrin enantioselektiv sintezi” mövzusunda seminar keçirib.

Görüşdə Elm və innovasiyalar üzrə prorektor, professor Aydın Kazımzadə və kimya elmləri doktoru, “Üzvi kimya” kafedrasının professoru və BDU-nun Tədris Elektron Mərkəzinin müdiri Məlahət Qurbanova da iştirak ediblər.

Mətbuat və İnformasiya şöbəsi, 06 may, 2013-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!