Onlayn ingilis dili

07/03/2012

«Gənclər Şəbəkəsi Təşəbbüsü» İctimai Birliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetində tələbələrlə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan birliyin rəhbəri Ülvi Kazımov bildirib ki, bu cür silsilə tədbir, seminar və məşğələlər gəncləri maarifləndirmək məqsədilə bir sıra ali təhsil müəssisələrində həyata keçirilib. Ü.Kazımovun sözlərindən məlum olub ki, birliyin təhsil sektorunun rəhbəri Cengiz Sakmanlı ilə birgə onlayn, pulsuz, yüksək səviyyədə ingilis dili kurslarına start verilib. Kursların sıfırdan başlayaraq son səviyyəyə qədər davam etdirilməsi nəzərdə tutulub. Hər səviyyənin sonunda Birliyin ofisində imtahanlar təşkil ediləcək, uğurla keçən tələbələrə sertifikat və ya diplomlar təqdim olunacaq. Səviyyə imtahanları başa çatdıqdan sonra TOEFL kursları təşkil olunacaq.  Ü.Kazımov onu da əlavə edib ki,  rəhbərlik etdiyi birlik həmçinin xaricdə təhsil almaq istəyən tələbələrə də köməklik göstərir.

Sonra ingilis dilini 30 ildən çoxdur ki, tədris edən Cengiz Sakmanlı kursun əhəmiyyəti barədə ətraflı məlumat verib www.bedavaingilizcedersler.com saytını tələbələrə təqdim edib. O, tələbələrin sayta daxil olaraq, heç bir əlavə vəsaitdən istifadə etmədən ingilis dilini öyrənməyin mümkünlüyünü izah edib. Sakmanlı ingilis dilinin öyrənilməsi ən asan, lakin inkişaf etdirilməsi çətin olan dil olduğunu söyləyib. Təəssüf hissi ilə qeyd edib ki, bu gün insanlar ölkələrinə xarici vətəndaşlar gəldikləri zaman ingilis dilini bilmədikləri üçün tarixləri, mədəniyyətləri barədə məlumat verə bilməməklə yanaşı, sosial məsələlərdə də kömək edə bilmir və özlərini günahkar hesab edirlər. Əslində isə bu dili öyrənməyin çox asan olduğunu və birlikdə bu məsələni həll etməyin daha səmərəli olduğunu nəzərə çatdırıb: “Bir mıx bir nal qurtarır. Bir nal bir at qurtarır. Bir at bir igid qurtarır. Bir igid bir cahan qurtarır».

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

Mətbuat informasiya şöbəsi, 7 mart, 2012-ci il


 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!