Şollar Su Kəmərini çəkmiş mühəndis Uilyam Heerleyn Lindleyin qohumları BDU-da olub

08/04/2014

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov bu gün Şollar Su Kəmərini çəkmiş mühəndis Uilyam Heerleyn Lindleyin qohumlarını: professor Ryszard Zeliçovskini və xanımı HannaZeliçovskanı, Alexandr Uolter Horstu (İsveçrə), Katharina Anjelika Morvini (İngiltəarə), Eugen Jozefi (Almaniya) və Karin Maria Martanı (Almaniya) qəbul edib. Bu görüş Bakı Dövlət Universiteti ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti arasında “Təhsil elm və təlim – tədris sahəsində birgə inkişaf fəaliyyətinə dair” anlaşma memorandumu üzrə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər planına müvafiq olaraq keçirilib. Qonaqları Avropada yaşayan alimlərimiz professor Mesud Əfəndiyev(Almaniya), doktor Hicran Əliyeva Sztrauch(Polşa), həmçinin “Azərsu”ASC-nın əməkdaşları Çingiz Abdullayev, Şakir Məmmədov və digərləri müşayiət edirdilər. Qonaqları salamlayaraq, akademik Abel Məhərrəmov onlara universitet haqqında məlumat verib, Şollar Su Kəmərinin Azərbaycan cəmiyyətinə verdiyi xeyrindən danışıb. Rektor Abel Məhərrəmov professor Mesud Əfəndiyevi 60 illik yubileyi münasibəti ilə təbrik edib, ona medal təqdim edib. Qonaqlar BDU-nun elmi laboratoriyalarında və mərkəzlərində olublar. Qeyd edək ki, mühəndis UilyamHeerleynLindleyin qohumları CATEC 2014 sərgi və konfransda iştirak edəcəklər.

Mətbuat və informasiya şöbəsi, 08 aprel 2014-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!