Olimpiada qalibləri olan “Gənc istedadlar”a diplomlar verildi

22/12/2016

Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstrən “Gənc istedadlar” liseyi üzrə 7 və 8-ci siniflər arasında baş tutan məktəblilər arası fənn olimpiadasının qaliblərini mükafatlandırma mərasimi keçirilib. Liseyin direktoru, professor Qasım Hüseynov ənənəvi olaraq keçirilən olimpiada haqqında məlumat verib. Məlum olub ki, ayrı-ayrı fənlər üzrə 102 nəfərin iştirak etdiyi olimpiadada 38 nəfər 1, 2 və 3-cü yerlər üzrə qalib olub. Şagirdlərə uğurlar arzulayan professor Qasım Hüseynov gələcəkdə daha böyük nailiyyətlər əldə etmək istiqamətində tövsiyələrini verib.

Liseyin Təşklatı işlər üzrə direktor müavini, olimpiadanın təşkilatçısı, Məleykə Bayramova da, öz növbəsində, şagirdləri təbrik edib. Bildirib ki, fənn olimpiadasında qalib olmaq yuxarı siniflərdə Təhsil Nazirliyi tərəfindən keçiriləcək respublika olimpiadalarında iştirak imkanlarını artırır.

Sonra liseyin direktoru, professor Qasım Hüseynov qaliblərə diplomlar təqdim edib və uğurlar arzulayıb. Tədbir xatirə şəklinin çəkilişi ilə yekunlaşıb.

Mətbuat və İnformasiya şöbəsi, 22 dekabr 2016-cı il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!