Odessa Milli Dəniz Akademiyasının nümayəndə heyəti BDU-da olub

09/07/2013

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Ukraynanın Odessa Milli Dəniz Akademiyasının prorektoru Aleksandr Nikolayeviç Şimyokinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
A.Şimyokin təmsil etdiyi ali təhsil müəssisəsi haqqında danışıb və BDU ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib. Qarşılıqlı maraq doğuran görüşün sonunda universitetlərarası beynəlxalq əlaqələrin inkişafı barədə Anlaşma Memorandumu imzalanıb.  Memorandumda tədqiqatçı, aspirant və magistrantların mübadiləsi, birgə layihələr üzərində elmi araşdırmaların aparılması, alimlərin və müəllimlərin ixtisaslarını artırmaq məqsədilə təcrübə mübadiləsinin həyata keçirilməsi kimi məsələlər əks olunub. Bundan başqa, birgə seminar və konfransların təşkili, dəniz və enerji hüququ üzrə əməkdaşlıq, layihə və proqramlarda birgə iştirak da nəzərdə tutulub.  Görüşdən sonra qonaqlar tədris və elmi-tədqiqat laboratoriyalarında olublar.

Mətbuat və İnformasiya şöbəsi, 09 iyul 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!