Nəsiman Yaqublu Varşavada Beynəlxalq Prometey konfransında iştirak edib

08/11/2016

Polşa Respublikasının paytaxtı Varşava şəhərində VII  Beynəlxalq Prometey  Konfransı keçirilib. Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin professoru, tarix elmləri doktoru Nəsiman Yaqublu həmin konfransda iştirak edib. Konfransda ABŞ, Polşa, Ukrayna və Qazaxıstandan gəlmiş tanınmış elm xadimləri iştirak edib. N.Yaqublu “Qafqaz mühacirlərinin mətbuat orqanları” mövzusunda məruzə ilə çıxış edib. Hazırda həmin məruzə çap üçün Varşava Universitetində nəşr edilən “Yeni Prometey” jurnalına təqdim olunub. Qeyd edək ki, N.Yaqublu həm də “Yeni prometey” jurnalının redaksiya heyətinin üzvüdür.

Mətbuat və informasiya şöbəsi, 7 noyabr 2016-cı il

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!