İnsan alverinə qarşı mübarizə

08/04/2014

Azərbaycan Respublikası Prezidentinin 6 may 2004-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” nından irəli gələn maarifləndirici tədbirlər çərçivəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyi bu gün (07.04.2014) BDU-da “İnsan alverinə qarşı mübarizə” mövzusunda seminar keçiriblər.

Tədbiri giriş sözü ilə açan BDU THİK-in sədri Daşqın Qənbərov gələn qonaqları təqdim etdikdən sonra insan alverinə qarşı mübarizə haqqında öz fikirlərini və statistikanı tələbələrin nəzərinə çatdırıb.

Sonra Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Samir Qarayev mövzu ilə bağlı geniş təqdimat edib. Samir Qarayev insan alverinin tarixi və qanunvericilik bazası haqında, 2014-2018 ci illəri əhatə edəcək III Milli fəaliyyət planı haqqında məlumat verib. Samir Qarayev insan alverinə qarşı qanunvericilik əsasında görülən tədbirlər və insan alveri ilə bağlı qanunvericilikdə olan dəyişilkliklər haqqında da seminar iştirakçılarını məlumatlandrıb.

Daha sonra “Təmiz dünya qadınlara yardım” İB sədri Mehriban Zeynalovaya söz verildi.M.Zeynalova insan alverinə qarşı mübarizə ilə bağlı rəhbərlik etdiyi İB-in gördüyü işlər haqqında məlumat verdi və bu təhlükəli cinayətdən qorunmağın yolları haqqında ətraflı məruzə edib.

Tədbirin sonunda tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Mətbuat və informasiya şöbəsi, 08 aprel 2014-ci il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!