“Novruz mühazirəsi”nə başlanılır

26/02/2018

Fevralın 27-də Təhsil Nazirliyi ölkəmizin ali məktəblərində təhsil alan əcnəbi tələbələrin iştirakı ilə Şamaxı şəhərində ilk “Novruz mühazirəsi” keçirəcək.

Tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, ziyalılar, media rəhbərləri, QHT nümayəndələri, təhsil ekspertləri, KİV təmsilçiləri iştirak edəcək.

Tədbirin keçirilməsində məqsəd Azərbaycan Respublikası Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci il tarixli sərəncamına uyğun olaraq, erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri cinayətlər barədə həqiqətlərin ictimaiyyətə daha dolğun çatdırılması, əcnəbi tələbələrin bununla bağlı məlumatlandırılmasıdır.

“Novruz mühazirəsi”ndə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin  professoru  Anar İsgəndərov “Azərbaycanlıların soyqırımı: yüz ilin yaddaşında” mövzusunda çıxış edəcək.

Növbəti mühazirə martın 6-da Gəncə şəhərində tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidinin təqdimatında “Azərbaycan Xalq Cümhuriyyəti və milli kimlik” mövzusunda keçiriləcək.

Təhsil Nazirliyi 2016-cı ildən etibarən “Novruz  mühazirələri” keçirir. Mühazirələrdə millət vəkilləri, tanınmış alimlər, beynəlxalq və yerli təhsil ekspertləri Azərbaycanın tarixi, elmi, mədəniyyəti və təhsili üzrə müxtəlif məsələlər populyar dildə ictimaiyyətə çatdırılır.

edu.gov.az

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!