Novruz bayramı qeyd edildi

19/03/2010

Martın 19-da Bakı Dövlət Universitetinin yeməkxanasında Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Novruz şənliyi keçirildi. Mərasimi giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov bu əziz bayram münasibətilə tədbir iştirakçılarını və xalqımızı təbrik etdi. Bahar bayramının tarixi əhəmiyyətindən bəhs edən rektor bu bayramı həm də birlik, həmrəylik, qardaşlıq rəmzi kimi xarakterizə etdi: «Bu əlamətdar bayramı hamımız bir yerdə qeyd edirik. Hərənin qəlbində öz arzu-diləyi var. Allahdan arzum həmin niyyətlərinizin yerinə yetməsidir. Bu gün ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi altında çox uğurla inkişaf edir. Azərbaycanın reytinqi ilbəlil artır. Dünya dövlətləri, beynəlxalq təşkilatlar bütün sahələrdə gənc dövlətimizlə hesablaşırlar. Siz tələbələr də bundan çıxış edərək yaxşı oxumalı, Azərbaycanın bayrağını daha da yüksəklərə qaldırmalısınız».
16 fakültənin hər birinin böyük həvəslə ərsəyə gətirdiyi Novruz səhnəsi ilə ayrı-ayrılıqda tanış olan rektor onların işinə xüsusi qiymət verdi.  Sonda rektorun, münsiflər heyətinin qərarına uyğun olaraq qaliblərin adları açıqlandı və mükafatlar təqdim edildi.
Beləliklə, birinci yerə jurnalistika, ikinci yerə kitabxanaçılıq və informasiya, üçüncü yerə filologiya, dördüncü yerə tarix fakültəsi layiq görüldü. Digər fakültənin hər birinə isə müxtəlif kitablar təqdim olundu.
Tədbir konsert proqramı ilə başa çatdı.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 19 mart 2010-cu il.

 

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!