Nobel qardaşları Bakı Dövlət Universitetində

17/06/2009

Bakıda keçirilən XVI Beynəlxalq «Xəzər neft və qaz, neft emalı və neft kimyası» sərgi və konfransında iştirak edən Maykl və Qustav Nobel, həmçinin Nobel Fondunun İcraçı Direktoru Toğrul Bağırov iyunun 3-də Bakı Dövlət Universitetini ziyarət etdilər. Rektor, akademik Abel Məhərrəmov ilə görüşən qonaqlar universitetin tədris binaları və laboratoriyaları ilə tanış oldular və bu il 90 illik yubileyini qeyd edən universitet haqqında geniş məlumat aldılar.
Görüşdə çıxış edən rektor Abel Məhərrəmov «Xəzər neft və qaz, neft emalı və neft kimyası» konfransında iştirak etdiyini və Nobel qardaşlarının məruzələrini çox bəyəndiyini qeyd edərək, kimya elminin Azərbaycanda inkişafında Nobel qardaşlarının xüsusi rolu olduğunu qeyd etdi. Rektor, tanınmış kimyaçı-alimlər Mendeleyev, Zinin və başqalarının Bakıya Nobel qardaşlarının dəvəti ilə gəldiklərini  və Azərbaycanda yerli kadrların yetişidirilməsində şəxsən iştirak etdiklərini qeyd etdi. O, Azərbaycanın dünyaşöhrətli kimyaçı-alimi Yusif Məmmədəliyevin də onların yetirməsi olduğunu bildirdi.

Görüşün sonunda qonaqlara rektor, akademik Abel Məhərrəmovun adından hədiyyələr təqdim olundu.

BDU-nun Mətbuat və İnformasiya şöbəsi, 17 iyun 2009-cu il.

 

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!