Nobel mükafatçıları BDU-da mühazirə oxuyub

30/10/2013

Bu gün BDU-nun rektoru, akademik Abel Məhərrəmov Kaliforniyanın Stenford Universitetinin professoru, fizika üzrə Nobel mükafatı laureatı Laflin Robert Betts və kimya üzrə Nobel mükafatı laureatı Markus Rudolf Arturu qəbul edib. Rektor hər iki Nobel mükafatçısını yenidən universitetdə görməkdən məmnun olduğunu ifadə edib. Qarşılıqlı maraq doğuran görüşdə alimlər elmin müxtəlif istiqamətlərindən, o cümlədən, nanotexnologiya və innovasiyalardan bəhs ediblər. Rektor Abel Məhərrəmov azərbaycanlı alimlərin ABŞ-dan olan həmkarlarının bu sahədəki təcrübələrindən yararlandıqlarını da diqqətə çatdırıb. Daha sonra Nobel mükafatı laureatları -  Laflin Robert Betts və Markus Rudolf Artur fizika və kimya fakültəsinin müəllim və tələbələrinə mühazirə oxuyub,  verilən suallara ətraflı cavab veriblər. BDU-nun Nanoaraşdırmalar laboratoriyasında olan məşhur alimlər, orada aparılan elmi tədqiqat işləri ilə yaxından tanış olub, bu işlərə yüksək qiymət veriblər. Alimlər tədqiqat işlərinin elm tutumlu istehsal sahələri ilə əlaqələr qurulması istiqamətində öz məsləhətlərini də veriblər.

Mətbuat və İnformasiya şöbəsi, 30 oktyabr 2013-cü il.

 
 
Yeni laboratoriyalar
24/09/2012 -

Ali təhsil ocaqlarının flaqmanı olan BDU il olduğu kimi, bu tədris ilinə də bir sıra yeniliklərlə gedir

 
“Gənc istedadlar”: Amerikaya qədər uzanan müvəffəqiyyət yolu
05/04/2012 -

BDU-nun nəzdində fəaliyyət göstərən bu lisey 5 ildə  mühüm nailiyyətlərə imza atib

 
BDU-DA MÖHTƏŞƏM MƏZUN GÜNÜ
30/06/2011 -

Məzun günümüz...

 
BDU-nun İqtisadi və təsərrüfat sistemi
17/06/2011 -

BDU-nun zahiri gözəlliyindən...

 
Sakit! İmtahan gedir!
12/06/2011 -

Yay sessiyası başladı!